Bakı – APA-Economics. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən və uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənib.
«Azərsu» ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, hazırda yeni xəttin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar fevralın 5-də gün ərzində Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.