Bank Of Baku

BDU ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında anlaşma memorandumu imzalanıb
# 17 yanvar 2013 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) qonağı olub. APA-nın xəbərinə görə, türkiyəli qonaqlarla görüşdə BDU-nun rektoru Abel Məhərrəmov ölkənin təhsil sektorunun inkişaf mərhələləri barədə məlumat verib. O bildirib ki, bütün sahələrdə olduğu kimi təhsil sektorunda da Türkiyə ilə dostluq və əməkdaşlıqlar daha da möhkəmləndirilir. Rektor BDU-nun digər ölkələrin aparıcı ölkə universitetləri ilə ikitərəfli əlaqələrindən danışıb: “BDU qardaş Türkiyənin ali təhsil ocaqları ilə böyük önəm verir. Bu gün qardaş ölkə təhsili ilə əməkdaşlıqda bəzi xırda problemlər var. Tibb, hüquq sahəsi ilə bağlı məsələlər səfər çərçivəsində araşdırılacaq ki, bu məsələlərdə problemlər həll olunsun. Türkiyədən böyük bir nümayəndə heyətinin ölkəmizə səfəri yeni istiqamətlərin ortaya qoyulmasına, əlaqələrin daha da inkişafına müsbət təsir göstərəcək”.

 

Türkiyə Ali Təhsil Şurasının (Yükseköğretim Kurulu) sədri Gökhan Çetinsaya isə bildirib ki, iki ölkənin təhsil sistemində uğurlara nail olunub: “Amma bununla kifayətlənmək lazım deyil. Bundan sonra da gələcəyə baxmalı, hələ də öz həllini gözləyən problemlər müzakirə edilməli və çıxış yolları tapılmalıdır”.

 

Təhsil nazirinin müavini Qulu Novruzov da iki ölkə arasında təhsil sahəsində zəngin hüquqi bazanın mövcud olduğunu deyib. Onun sözlərinə görə, bu səfər ali təhsil sahəsində yeni bir səhifə olacaq.

 

Tədbirdə BDU ilə Anadolu və Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanan müqavilələr tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, simpozium, qarşılıqlı maraq doğuran layihə, proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR