Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində Gənclər günü ilə bağlı konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində Gənclər günü ilə bağlı konsert keçiriləcək
# 24 yanvar 2013 12:39 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər günü ilə bağlı layihə keçiriləcək. Layihə ilə bağlı APA-ya məlumat verən Musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov bildirib ki, layihənin keçirilməsi milli mənəvi dəyərlərin təbliği məqsədi daşıyır. Sözügedən layihə yanvarın 31-ə Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Həmin gün Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı televiziyanın solistləri, xanəndələr çıxış edəcəklər. R.Qasımov qeyd edib ki, bu Muğam Mərkəzi ilə birlikdə musiqi kollektivlərinin ilk birgə layihəsidir. Layihənin quruluşçu rejissoru əməkdar incəsənət xadimi, AzTV-nin bədii rəhbəri Etibar Babayevdir”.

  

R.Qasımov deyib ki, gecədə unudulmuş xalq və bəstəkar mahnıları Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Ariz Hüseynov, Günay İmamverdiyeva, Zabitə Alıyevanın ifasında səslənəcək. Sonda musiqisi Tahir Əkbərə, sözləri Mahirə Nağıqızına məxsus “Azərbaycanım” əsəri təqdim olunacaq.

 

Kollektiv rəhbəri deyib ki, bundan sonra da tamaşaçılara bir-birindən maraqlı canlı konsert proqramları təqdim ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR