Bank Of Baku

BMT eksperti Bakıda “Monitorinq və Qiymətləndirmə üçün nəticəyə əsaslanan idarəçilik yanaşması” adlı təqdimatla çıxış edib - FOTO

BMT eksperti Bakıda “Monitorinq və Qiymətləndirmə üçün nəticəyə əsaslanan idarəçilik yanaşması” adlı təqdimatla çıxış edib   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 12:50 (UTC +04:00)

 

 

Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı layihə həyata keçirilir. APA-nın məlumatına görə, layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

 

Layihə çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası və hesabatları zamanı istinad olunacaq monitorinq və qiymətləndirmə standartlarına uyğun indikatorların hazırlanması, həmçinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikasının Məşğulluq startegiyasının həyata keçirilməsi üçün 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda gənclərin problemlərinin nə dərəcə nəzərə alındığını öyrənmək üçün xüsusi metodologiyanın hazırlanması nəzərdə tutulur.

 

Bu istiqamətdə müzakirələrin aparılması məqsədilə BMT-nin Bratislavadakı Regional Ofisinin nümayəndəsi, monitorinq və qiymətləndirmə üzrə beynəlxalq ekspert Roberto Bernardo  12-15 noyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikasına səfər edib. Səfər çərçivəsində  Roberto Bernardo Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Təhsil Nazirliyinin,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, BMT rəsmiləri, qeyri-hökumət təşkilatlarının sədrləri, layihə əməkdaşları və yerli ekspertlərlərlə görüşlər keçirib. Görüşlərdə yuxarıda adları çəkilən dövlət proqramlarının icrası, hədəf qrupları, eyni zamanda  monitorinq və qiymətləndirməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Səfərin yekununda   Roberto Bernardo Birləşmiş Millətlər Təşkilatının Bakı ofisində sözügedən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Monitorinq və Qiymətləndirmə üçün nəticəyə əsaslanan idarəçilik yanaşması” adlı təqdimatla çıxış edib. Təqdimat zamanı BMT eksperti monitorinq və qiymətləndirmə sisteminin ümumi prinsipləri və mexanizmləri, resursları, indikatorları, fəaliyyətlər, gözlənilən risklər və s. haqqında ətraflı məlumat verib və bu istiqamətdə verilən sualları cavablandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR