Bank Of Baku

Bu ilin 10 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti 40 min nəfərlə əmək müqaviləsinin bağlanmasına nail olub

Bu ilin 10 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti 40 min nəfərlə əmək müqaviləsinin bağlanmasına nail olub
# 20 noyabr 2012 07:21 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycanın əmək bazarında ən ciddi problemlərdən biri işçi-işəgötürən münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmamasıdır.

 

Bu barədə APA-ya məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirib k, işçilər işəgötürənlər tərəfindən işə əmək müqaviləsinin bağlanılması yolu ilə cəlb olunmalıdır.

 

Onun sözlərinə görə, bir çox halda işçiləri işəgötürənlər, xüsusilə özəl sektorda əmək müqaviləsi ilə deyil, müəyyən mənada işçiləri mümkün müqavilə əsasında işə cəlb edirlər. Belə olanda işçilər bütün sosial təminat hüquqlarından məhrum olurlar: “Ona görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, əgər işəgötürənin əsas fəaliyyət istiqamətinə uyğun müqavilə bağlanıbsa, bu, əmək müqaviləsi əsasında olsun. Beləliklə, görülən işlər nəticəsində bu ilin 10 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 40 minə yaxın insanın əmək müqaviləsinin bağlanması təmin olunub. Bunun da böyük əksəriyyəti son 3 ayda olub. Belə ki, cari ilin ilk aylarında 160 min müqavilə bağlansa da, son 3 ayda onların sayı 39 mindən çox olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR