Bank Of Baku

Çaylarda və transsərhəd sularda mövcud vəziyyət açıqlanıb

Çaylarda və transsərhəd sularda mövcud vəziyyət açıqlanıb
# 28 yanvar 2013 11:02 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın çaylarında və transsərhəd sularda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-240, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
 

Yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm ongünlük normanın 92 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2012-ci ildə bu göstərici ongünlük normanın 107 faizinə bərabər olub.
 

Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21 sm, Şirvanda 22 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 27 sm azalma, Salyanda isə 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm, Şirvanda 310 sm, Salyanda 328 sm, Bankədə 253 sm, Araz çayının Novruzlu məntəqəsində isə 193 sm təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR