Bank Of Baku

Daxili işlər orqanlarına qəbul imtahanlarını TQDK keçirəcək

Daxili işlər orqanlarına qəbul imtahanlarını TQDK keçirəcək
# 25 yanvar 2013 10:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili işlər orqanlarına qəbul imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçirəcək.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanları TQDK tərəfindən 8 fevral 2013-cü ildə Bakı Qızlar Universitetinin Bakı şəhəri, M.Sənani küçəsi, ev 14 ünvanında yerləşən binasında keçiriləcək.

 

Namizədlər imtahan günü saat 9.00-da "Namizədin buraxılış vəsiqəsi" və şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə göstərilən ünvanda olmalıdırlar.

 

Əlavə məlumat almaq üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi ilə (012) 590-92-54 nömrəli telefon vasitəsilə əlaqə saxlamaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR