Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib. O qeyd edib ki, ölkə başçısının dövlət dilinin inkişafı ilə əlaqədar fərmanı var və yaxın günlərdə bununla əlaqədar dövlət proqramının qəbul olunacağı gözlənilir: “Bu proqramın icrası ilə əlaqədar ehtiyac yaranarsa, doktoranturada dövlət dilindən imtahan verilməsi ilə əlaqədar razılaşma ola bilər. Hazırda isə doktorantlar xarici dil, fəlsəfə və ixtisas fənlərindən imtahan verirlər”.