Bank Of Baku

Dövlət İdarəçilik Akademiyası ilə “ASAN Xidmət”i arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Dövlət İdarəçilik Akademiyası ilə “ASAN Xidmət”i arasında əməkdaşlıq memorandumu imzalanıb - <span style="color: red;">FOTO
# 31 yanvar 2013 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, ölkə başçısı İlham Əliyev elm və təhsilin inkişafına, sosial innovasiyaların geniş tətbiqinə xüsusi önəm verir. Rektor yeni fəaliyyətə başlamış Dövlət Agentliyinin və “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib.

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə xidmətin əsas hədəfləri barədə ətraflı məlumat verib.

 

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masaların, seminarların və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması və analitik materialların hazırlanmasını əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR