Bank Of Baku

Dövlət Komissiyası: Azərbaycanda hər il magistratura pilləsi üzrə qəbul planı artır

Dövlət Komissiyası: Azərbaycanda hər il magistratura pilləsi üzrə qəbul planı artır
# 06 fevral 2013 09:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda hər il ali məktəblərin magistratura pilləsinə qəbul planında artım müşahidə edilir. Belə ki, hər il magistratura pilləsi üzrə qəbul planı 10-15 faiz artır. Amma bu ilki qəbul planı hələki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilməyib”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev “Magistr” jurnalının 2-ci sayının təqdimatında deyib. O bildirib ki, 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsi üzrə qəbul planının martın sonu, aprelin əvvəllərində müvafiq qurumlar tərəfindən komissiyaya təqdim ediləcəyi gözlənilir. Onun sözlərinə görə, bundan sonra “Magistr” jurnalının 3-cü sayında magistraturaya qəbul proqramı və ixtisaslar qeyd olunacaq.

 

N.Əliyev növbəti tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanında bəzi ixtisaslar üzrə keçid ballarının necə olmasına da aydınlıq gətirib. O qeyd edib ki, adətən hər il magistratura pilləsi üzrə humanitar ixtisaslar üzrə ən yüksək, kənd təsərrüfatı, idman və hərbi təyinatlı ixtisaslar üzrə ən aşağı keçid balları qeydə alınır. N.Əliyevin sözlərinə görə, bu il də belə nəticələr gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR