Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə İş Planına əsasən Azərbaycanda araşdırma aparacaq. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, araşdırmanın “Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının cavablandırılması sistemi”nə dair keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə komitənin əməkdaşı, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları və UNİCEF nümayəndələri ilə birgə araşdırmanın metodologiyasını işləyib hazırlayıb. 2013-cü ildə aparılacaq araşdırma Azərbaycanın 16 rayonunu əhatə edəcək. Təhsil, səhiyyə, sosial xidmət müəssisələri, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti orqanları əməkdaşları araşdırmaya cəlb olunacaqlar.