Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) məhkəməyə verilib.
APA-nın məlumatına görə, “Saxsı Qablar” ASC DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinə qarşı borcun ödənilməsi barədə iddia ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan “Saxsı Qablar” ASC isə apelyasiya şikayəti verib. Hazırda Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılır.