Bakı. Könül Kamilqızı – APA Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində pulsuz təlimlər keçirilir. İSİM-dən APA-ya verilən xəbərə görə, təlimlər pulsuz olaraq 12-16 noyabr tarixində şəkərli diabet xəstələri, 19-21 noyabr tarixində isə risk qrupuna aid əhali üçün təşkil olunur. Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır.