Bakı. Ramil Məmmədov-APA. “Azərbaycan Tibb Universitetinin klinik kafedralarla bağlı problemi həll olunacaq”.
Bu açıqlamanı APA-ya Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov verib. O bildirib ki, hazırda universitetin üç klinikası fəaliyyət göstərir. Bunlar onkologiya, stomatologiya və terapiya klinikalarıdır.
Rektor universitetin Bakının S. Vurğun küçəsində yeni tikilən Cərrahiyə Klinikasının istifadəyə verilməsi istiqamətində işlərin yekunlaşma mərhələsində olduğunu da qeyd edib: “Binada tamamlama işləri aparılır. Bu klinika da müasir texnologiyalarla təmin olunub. Yəqin ki, Cərrahiyə Klinikası bu ilin sentyabrında istifadəyə veriləcək. Bununla da problem demək olar ki, həll olunacaq”.
O vurğulayıb ki, bu günə qədər şəhərin müxtəlif xəstəxanalarında olan universitetin 21 kafedrası Cərrahiyə Klinikası istifadəyə verildikdən sonra burada fəaliyyət göstərəcək.