Bank Of Baku

Elçin Babayev: “Elmi cihaz, avadanlıq və məmulatlar rüsum və vergilərdən azad olunmalıdır”

Elçin Babayev: “Elmi cihaz, avadanlıq və məmulatlar rüsum və vergilərdən azad olunmalıdır”
# 01 fevral 2013 11:08 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Elmi qrantların vergi və rüsumdan azad olunması ilə bağlı Elmin İnkişafı Fondunun təklifi hələlik açıq qalır. Amma ümid edirik ki, bu məsələ yüksək səviyyədə öz həllini tapacaq. Artıq bununla bağlı Fondun Himayədarlar Şurası tərəfindən işlər aparılır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib.

 

Onun sözlərinə görə, elmi qrantlar nəticəsində alınan bir sıra cihazlar Nazirlər Kabinetinin qərarı ilə vergidən azad olunur: “Amma bu siyahı daha da təkmilləşdirilməlidir. Ümumiyyətlə, elm üzrə gətirilən bütün cihaz, avadanlıq və məmulatlar rüsum və vergilərdən azad olunması elmin inkişafına böyük təkan verərdi. Eyni zamanda layihələr üzrə büdcənin qənaətinə və onun daha xeyirli məqsədlərə yönəlməsinə xidmət edər, bürokratik kağız əngəllərin aradan qalxmasına kömək göstərərdi. Hazırda bununla əlaqədar iş gedir. Bu problem öz həllini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR