Bank Of Baku

Əlillərin reabilitasiyası sistemində islahatların aparılması üçün strategiya hazırlanacaq

Əlillərin reabilitasiyası sistemində islahatların aparılması üçün strategiya hazırlanacaq
# 21 yanvar 2013 11:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlillərin tibbi-sosial reabilitasiyası sisteminin təkmilləşdirilməsi” layihəsinin təqdimatı olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir həmin layihə çərçivəsində və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə tərtib edilmiş “Əlillərin bərpa mərkəzlərində cari vəziyyətin təhlilinə dair hesabat”ın müzakirəsinə həsr edilib.

 

“Əlillərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində 22-23 yanvar tarixlərində nazirliyin tabeliyində olan əlillərin bərpa mərkəzlərinin rəhbər işçiləri üçün seminar keçiriləcək. Seminarın əsas məqsədi qeyd olunan layihə çərçivəsində tərtib edilmiş “Əlillərin bərpa mərkəzlərində cari vəziyyətin təhlilinə dari hesabat” haqqında mərkəz direktorlarını ətraflı məlumatlandırmaq, hesabatda əksini tapmış məqamlara dair diskussiya aparmaq və yeni strateji plan hazırlamaqdır. BƏT-in də dəstəyi ilə təşkil ediləcək seminar Avropa Reabilitasiya Platformasının mütəxəssisi Donal MkAnaney tərəfindən aparılacaq. Seminarda əlillərin bərpa mərkəzlərindəki vəziyyət geniş müzakirə ediləcək, mərkəz direktorları müxtəlif işçi qruplarında işə cəlb edilərək ümumi strategiya ətrafında müzakirələr aparılacaq. Seminarın nəticəsi kimi əlillərin reabilitasiyası sistemində islahatların aparılması üçün real vəziyyətə əsaslanan strategiya sənədinin layihəsi hazırlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR