Bank Of Baku

Əlillərlə bağlı hazırlanan yeni layihə Milli Məclisə təqdim olunacaq

Əlillərlə bağlı hazırlanan yeni layihə Milli Məclisə təqdim olunacaq
# 19 noyabr 2012 14:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsi “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna yeni redaktədə baxaraq müvafiq layihə sənədi hazırlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu qanun layihəsi ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün yenidən işlənib.

 

Hazırlanan sənəd yaxın zamanlarda Milli Məclisin müvafiq komitəsinə təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR