Bakı. Könül Kamilqızı- APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İnsan Resursları İnkişaf Agentliyi yaradılacaq. APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Nazir bildirib ki, hazırda bu yöndə əlaqədar qurumlarla müvafiq prosedur qaydaları həyata keçirilir. Agentliyin əsas məqsədi işçilərin hüquqlarının qorunması, işçi qüvvəsinin əmək münasibətlərinin düzgün qurulmasına xidmət göstərmək olacaq. Qurum əhalinin maarifləndirilməsi, işə götürənlərlə işçilər arasında münasibətlərin qanunauyğun qurulmasına da xidmət göstərəcək.