Bu barədə APA-ya ETSN-in Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov məlumat verib.
O bildirib ki, hadisə baş verəndən sonra nazirliyin mütəxəssisləri əraziyə cəlb olunub və vəziyyətlə tanış olublar: Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə torpaq sürüşməsi ilə əlaqədar hər hansı bir proses getməyib. Aparılan qazıntı işləri ilə əlaqədar tikinti divarının bir hissəsinin uçması nəticəsində torpaq çöküb: “Amma bu, torpaq sürüşməsi deyil. Hazırda həmin ərazi və ya Gəncə prospektində mövcud olan sürüşmə zonasında hər hansı bir sürüşmə təhlükəsi yoxdur”.