Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamenti yanvarın 1-dən 16-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 61 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 2 iş üzrə 3400 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə 154.6 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 59 iş üzrə 24653.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qruplarına isə 5 iş göndərilib.