Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanda doktoranturaya qəbul imtahanları elektron formada keçirilə bilər. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, doktoranturaya qəbul imtahanları fəlsəfə və xarici dil fənləri üzrə elektron formada keçirilə bilər. AMEA ixtisas fənni üzrə imtahanların elektron formada keçirilməsinin tərəfdarı deyil: “Namizədlərlə ünsiyyətdə olanda onun yaradıcılıq potensialını, ixtisasını mənimsəmə qabiliyyətini daha yaxşı aşkar etmək olur”.