Bank Of Baku

Gəncədə internet istifadəçilərin sayı artıb

Gəncədə internet istifadəçilərin sayı artıb
# 06 fevral 2013 14:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində 15 minə yaxın sürətli internet istifadəçisi var. Bu barədə APA-nın qərb bürosuna Gəncə şəhər Telekommunikasiya İdarəsinin İnformasiya Texnologiyaları Şöbəsindən məlumat verilib. Məlumata görə, ötən ilin əvvəlində şəhərdə 7 min internet istifadəçisi var idisə, hazırda bu rəqəm 2,1 dəfə artaraq 14 min 300 nəfərə çatıb. Bundan başqa, Gəncədə xidmət göstərən provayderlərin də sayı da artıb. Ötən il 8 provayder Gəncədə əhaliyə xidmət göstərib, indi bu rəqəm 11-ə çatıb. Onlardan 10-u özəl, biri isə dövlət provayderidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR