Bank Of Baku

Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq fevralın 6-da keçiriləcək

Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq fevralın 6-da keçiriləcək
# 30 yanvar 2013 13:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaq fevralın 6-da keçiriləcək.

 

Bu barədə APA-ya Fonddan daxil olan məlumatda bildirilib.

 

Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı yığıncaqda iştirak etmək üçün 121 Gənclər Təşkilatı nümayəndəsinin müraciət ərizəsi, Şura üzvlüyünə isə 18 nəfər Gənclər Təşkilatı nümayəndəsinin ərizəsi qeydə alınıb.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə Gənclər Fondunun əsasnaməsinə dəyişikliklər edilib, fondun Müşahidə Şurasının formalaşdırılmasının yeni qaydaları müəyyənləşdirilib. Müşahidə Şurasının beş üzvü müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edəcək. Gənclər təşkilatlarını təmsil edən dörd üzv həmin təşkilatların yığıncağında səslərin sayına görə ilk səkkiz yeri tutmuş namizədlər sırasından seçiləcək və Azərbaycan prezidenti tərəfindən təyin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR