Cəlilabad. Ağəddin Babayev – APA. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abasquliyev DSX-nin komandanlığı adından gənc əsgərləri Azərbaycan Respublikasının Konstitusiyası günü və andiçmə mərasimi münasibətilə təbrik edərək, onlara Vətənin keşiyində mətin dayanmalarını və hərbi sirlərə mükəmməl yiyələnmələrini tövsiyə edib. Daha sonra gənc sərhədçilər Vətənə sədaqət andı içiblər.
Mərasim əsgərlərin təntənəli şəkildə tribunanın önündən keçməsi ilə başa çatıb.