Bank Of Baku

Gürcüstana məxsus gəmiləri dünya okeanında Azərbaycandakı mərkəz izləyəcək - FOTO

Gürcüstana məxsus gəmiləri dünya okeanında Azərbaycandakı mərkəz izləyəcək - <span style="color: red;">FOTO
# 28 yanvar 2013 13:50 (UTC +04:00)

 

Bakı. Rəşad Süleymanov – APA. Gürcüstan Dəniz Administrasiyasının rəhbəri Mamuka Axaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən məlumat verilib.

 

ARDDA-da keçirilən görüşdə Gürcüstan nümayəndə heyətinə Azərbaycanda dənizçilik sahəsində görülən işlər barədə məlumat verən administrasiyanın rəisi Qüdrət Qurbanov, iki ölkə arasında bu sektorda əlaqələrin inkişaf etdiyini vurğulayıb. Q. Qurbanov ARDDA-nın tərkibində yaradılmış, gəmilərin uzaq məsafədən tanınması və izlənilməsi üzrə Milli Mərkəzin fəaliyyəti barədə də məlumat verib. O deyib ki, artıq Xəzəryanı dövlətlərdən, habelə digər regionlarda yerləşən dövlətlərdən öz bayraqları altında üzən gəmilərin hərəkətinin izlənilməsinin Azərbaycandakı Milli Mərkəzə həvalə edilməsi ilə bağlı müraciətlər daxil olur.

 

Gürcüstanda belə bir mərkəzin olmadığını söyləyən M. Axaladze Gürcüstan dövlət bayrağı altında üzən gəmilərin hərəkətinin də Azərbaycan Milli Mərkəz tərəfindən izlənilməsini xahiş edib. Bununla bağlı Azərbaycan və Gürcüstan dəniz administrasiyaları arasında müqavilə imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR