Bakı - APA. IDEA kampaniyası bu il, yeni fəaliyyət dövründə də beynəlxalq müstəvidə daha bir qlobal ekoloji hərəkatla əməkdaşlığa başlayır. IDEA-dan APA-ya verilən məlumatda bildirilir ki, 350.org kampaniyası (http://www.350.org )188 ölkədə fəaliyyət göstərir və əsas məqsədi planetin əsas ekoloji problem olan iqlim böhranı problemini həll etmək üçün insanları qlobal hərəkatda birləşdirir. Hərəkat qlobal ekoloji problem ilə mübarizədə minlərlə könüllülər tərəfindən insanları aktiv fəaliyyətə cəlb etmək üçün online kampaniyalar, fəal təşkilatlanma və kütləvi ekoloji aksiyaların təşkili ilə məşğuldur.
Qlobal istiləşmə problemi IDEA kampaniyasının fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq 350.org kampaniyası ilə Qlobal Enerji Dəyişikliyi ( GPS - Global Power Shift www.globalpowershift.org layihəsi çərçivəsində səylərin birləşdirilməsi və əməkdaşlıq razılaşdırılıb.
Qlobal Enerji Dəyişikliyi layihəsi 2013-cü ilin iyun ayının 10-17-də İstanbul şəhərində sammitin keçirilməsi ilə başlayacaq. Sammit əsasən, təcrübələrin bölüşməsi, şəxsi əlaqələrin və cəmiyyətlərin inkişafı habelə onların öz ölkələrində oxşar sammitlərin təşkili üçün böyük şans olacaq. Növbəti aylarda, ölkələrin nümayəndələri ardıcıl olaraq milli və regional sammitlərin təşkili nəzərdə tutulur. Yerli Enerji Dəyişikliyi layihələrinin icrası gənclərin öz ölkələrində əhalinin iqlim dəyişikliyi reallıqları və onların həlli yolları haqqında maariflənmə istiqamətində səfərbərliyi üçün böyük töhfəsi olacaq. Keçiriləcək yerli layihələr həmçinin digər layihələrin və kampaniyaların icrası üçün habelə 2014 və 2015-ci illər üçün kütləvi qlobal aksiyaların keçirilməsi ilə nəticələnəcək.
Qlobal Enerji Dəyişikliyi layihəsində Azərbaycandan tərəfindən IDEA nümayəndələrinin və digər fəal ekoloji vətəndaşların iştirakı da gözlənilir.
Qeyd olunub ki, 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası bu günə qədər bir çox nüfuzlu beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etməklə yanaşı qlobal ekoloji şəbəkənin yaradılmasına öz töhfəsini verməkdədir.