Bank Of Baku

İlk dəfə olaraq Azərbaycan torpaqlarının “Qırmızı kitabı” yaradılacaq

İlk dəfə olaraq Azərbaycan torpaqlarının “Qırmızı kitabı” yaradılacaq
# 24 yanvar 2013 14:57 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən ilk dəfə olaraq Azərbaycan torpaqlarının “Qırmızı kitabı” yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Məhərrəm Babayev məlumat verib.

 

Onun sözlərinə görə, artıq bu məqsədlə institutda Azərbaycan torpaqlarının “Qırmızı kitabı”nın yaradılmasının elmi əsaslarının hazırlanmasına başlanıb: “Bu məqsədlə itmiş, mövcud olan və antropogen təsirə məruz qalmış torpaqların hansı kateqoriyaya aid olduğu müəyyənləşdirilib və onların qorunub saxlanmasını təmin etmək üçün fiziki, kimyəvi və bioloji diaqnostik göstəriciləri dəqiqləşdirilib. Belə kitabın yaradılmasına böyük ehtiyac var. Kitabın hazırlanması üçün işçi qrup yaradılacaq. İşçi qrupa ölkədə fəaliyyət göstərən müxtəlif elmi müəssisələrin, dövlət qurumlarının nümayəndələri daxil ediləcək”.

 

M.Babayev deyib ki, ilk əvvəl bütün respublika üçün belə bir kitab yaradılacaq. Sonra isə ayrı-ayrı bölgələr üçün “Qırmızı kitab”lar tərtib olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR