Bakı. Könül Kamilqızı – APA. Yanvarın 15-də gün ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” Mərkəzinə 256 ümumi müraciət daxil olub. Xidmətdən APA-ya verilən xəbərə görə, 150 müraciət əsasında əhaliyə xidmət göstərilib, 33 müraciətdən imtina edilib. “ASAN xidmət”ə aid olmayan məsələlərə dair 63 müraciət digər qurumlara yönləndirilib. Müraciət edənlərdən 5 nəfər xidmətə yaxınlaşmayıb, 5 nəfərə isə müvafiq məsləhət verilib.