Bank Of Baku

İmişli Rayon İcra Hakimiyyətinin başçısı və polis rəisi rayonda aksiya keçirilməsi barədə məlumatlara münasibət bildirib - YENİLƏNİB-1

İmişli Rayon İcra Hakimiyyətinin başçısı və polis rəisi rayonda aksiya keçirilməsi barədə məlumatlara münasibət bildirib - <span style="color: red;">YENİLƏNİB-1
# 31 yanvar 2013 11:35 (UTC +04:00)

İmişli. Əlibәy Zeynallı, Hafiz Heydərov - APA. “İmişlidə hansısa etiraz aksiyasının olması barədə internetdə və sosial şəbəkələrdə yayılan məlumatlar dezinformasiyadır”.

 

Bunu APA-nın Mil-Muğan bürosuna açıqlamasında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev deyib.

 

“Bu gün İcra Hakimiyyətində qəbul günüdür. Bizə müraciət edən bütün vətəndaşlar qəbul olunur və dinlənilir. İmkan daxilində bütün problemləri həll etməyə çalışırıq. Kimsə internetdə görüntülər yayımlayıb, İmişlidə aparılan geniş quruculuq və abadlıq işlərinin üzərinə kölgə salmaq istəyir. Mən bütün KİV nümayəndələrini İmişliyə dəvət edirəm, gəlsinlər hər şeyi öz gözləri ilə görsünlər”, - deyə V. Hacıyev vurğulayıb.  

 

İmişli rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov da APA-ya bildirib ki, rayonda heç bir aksiya keçirməyib və heç kim saxlanılmayıb. Polis rəisi qeyd edib ki, rayonda aksiya keçirilməsi barədə bəzi mətbuat vasitələrində yayılan məlumatlar tamamilə yalandır: “Bu gün rayon icra hakimiyyəti başçısının qəbul günüdür. Hər dəfə olduğu kimi, bu gün də icra başçısı yerli sakinləri qəbul edib onların problemləri ilə maraqlanıb. Görüşdə mən də iştirak etmişəm. Görüş zamanı üç qadın subasma nəticəsində evlərinin qəzalı vəziyyətə düşdüyünü deyib, icra başçısından yardım istəyiblər. Həmin qadınlara izah olunub ki, bu barədə ərizə yazsınlar, məsləyə xüsusi komissiya tərəfindən baxılacaq və tədbir görüləcək. Görüş əsnasında bundan başqa heç bir hadisə baş verməyib. Rayonun polis rəisi kimi deyə bilərəm ki, İmişlidə vəziyyət tam nəzarət altındadır”.

 

V. Müslümov həmçinin qeyd edib ki, sosial şəbəkələrdə aksiyanın görüntüsünü əks etdirən fotoların İmişliyə heç bir aidiyyəti yoxdur: “Mən həmin şəkillərə baxmışam. O şəkillərin nə vaxt və harada çəkildiyi heç məlum da deyil. Onu deyə bilərəm ki, şəkildəki görüntünün İmişliyə heç bir aidiyyəti yoxdur”.

 

 

***

 

saat 13.28

 

İmişli. Əlibәy Zeynallı-APA. Bu gün İmişlidə kommunal təsərrüfat sahəsinin bir qrup işçisi rayonun mərkəzi avtomobil yolunu bağlayıblar.

 

Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon sakinləri məlumat veriblər.

 

Onların bildirdiyinə görə, İmişli rayon kommunal təsərrüfat sahəsinin işçiləri rayonun mərkəzi prospektini bir neçə dəqiqəliyə bağlayıblar. Onların aksiyasına səbəb əmək haqlarının gecikdirilməsi olub.

 

Hadisə yerinə yol polisi cəlb olunub və aksiya iştirakçıları ilə danışıq aparıldıqdan sonra onlar ərazidən uzaqlaşıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR