Bank Of Baku

İmran Abdullayev: “Qida məhsullarının standartlarında dəyişikliklər edilməlidir”

İmran Abdullayev: “Qida məhsullarının standartlarında dəyişikliklər edilməlidir”
# 23 yanvar 2013 11:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda mövcud olan qida məhsullarının hər birinin standartlarında dəyişikliklər edilməlidir”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev bildirib. İ. Abdullayev deyib ki, dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif çeşidli qida standartları var və onların hər birinin 3-5 il etibarlıq müddəti olur. Onun sözlərinə görə, bu müddət ərzində tələblər dəyişdikcə və zərurətlər meydana çıxdıqca bu standartlarda müəyyən dəyişiklik olunmalıdır: “Bizim həyatımızda da müxtəlif çeşidli qida məhsulları var. Azərbaycanın qida ilə bağlı standartlarda əksər ərzaq məhsullarının normativ standartları var. Onlar zaman-zaman işlənir və yeni texnologiyalar çıxdıqca təzələnir. Bu məsələdə qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrləri əsas götürülür. Təhlükəsizlik parametrlərində çirkləndirici amillərə qoyulan kriteyalar isə Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Ona görə də bütün bu proseslərlə bağlı aidiyyatı təşkilatlar, o cümlədən Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR