Bank Of Baku

İnam Kərimov: ““ASAN Xidmət”də hələlik neqativ hal qeydə alınmayıb”

İnam Kərimov: ““ASAN Xidmət”də hələlik neqativ hal qeydə alınmayıb”
# 31 yanvar 2013 08:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladığı gündən indiyə kimi 6500-ə yaxın vətəndaş bu mərkəzin xidmətlərindən yararlanıb. APA-nın xəbərinə görə, dövlət agentliyinin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib ki, çox qısa müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq, “ASAN Xidmət” mərkəzlərini müraciət edənlərin sayı çoxdur: “Mərkəzdə xidmətləri aidiyyəti dövlət qurumları həyata keçirir. Bizim vəzifəmiz bu dövlət qurumlarına xidmətin göstərilməsi üçün müvafiq şəraiti yaratmaqdır. “ASAN Xidmət” Mərkəzinə insanlar əsasən gündəlik ünsiyyətdə olduğu dövlət qurumları ilə bağlı müraciətlər edir. Hesab edirəm ki, bütün sahələrlə bağlı vətəndaşlar müraciət edir və hər dəfə məmnunluqlarını ifadə edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR