Bu barədə APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib: “Artıq Mükafatın əsasnaməsi hazırlanıb və bütün müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb. Yaxın vaxtlarda Mükafatın təsis olunması mümkündür”.
Qeyd edək ki, mükafatın təsis olunmasında əsas məqsəd elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılmasıdır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində hazırlanan mükafat üç istiqamət - elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərə təqdim olunacaq.