Bank Of Baku

İslam Əməkdaşlıq Təşkilatı azərbaycanlı tələbələrə təqaüd proqramı təklif edir

İslam Əməkdaşlıq Təşkilatı azərbaycanlı tələbələrə təqaüd proqramı təklif edir
# 19 yanvar 2013 08:51 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Təhsil Mübadiləsi proqramı çərçivəsində 2013-2014-cü illər üçün təşkilata üzv dövlətlərin tələbələrinə bakalavr pilləsi üzrə müxtəlif sahələrdə 5 təqaüd proqramını təklif edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təqaüdlər elan edilən sahələrə kimya, neft və təbii qaz, kompüter mühəndislikləri, iqtisadiyyat, ingilis dilinin tədrisi, biznesin idarə edilməsi, siyasi elmlər və beynəlxalq əlaqələr kimi sahələr daxildir.

 

Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 15 iyun tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

 

Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://app.ncc.metu.edu.tr/undergraduate/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR