Bakı. Könül Kamilqızı – APA. İslam Əməkdaşlıq Təşkilatı 2013-2014-cü illər üçün təşkilata üzv ölkələrin dövlət və özəl təhsil müəssisələrində professor vəzifəsində çalışan elmi işçiləri müəllim kimi dərs deməyə dəvət edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, onlar maliyyə və mühasibat, kompüter elmləri, kompüter təhsili və təlim texnologiyaları, təbii qaz və neft qazıntısı və istehsalı, üzvi kimya, termodinamika və istiliyin ötürülməsi kimi ixtisaslar üzrə dərs deyə bilərlər.
Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 30 aprel tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://metu.edu.tr və http://ncc.metu.edu.tr internet səhifələrindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.