Bank Of Baku

Kamran Musayev: “Azərbaycanda hər il 50-60 xəstə ürək xəstəlikləri nəticəsində dünyasını dəyişir”

Kamran Musayev: “Azərbaycanda hər il 50-60 xəstə ürək xəstəlikləri nəticəsində dünyasını dəyişir”
# 21 yanvar 2013 11:10 (UTC +04:00)

 APA-nın xəbərinə görə, bunu Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev deyib. O bildirib ki, ölkədə ürək xəstəlikləri ilə bağlı ümumi vəziyyət dünyadakı vəziyyətlə paralellik təşkil edir. Baş həkimin sözlərinə görə, bu gün donor ürəyinin çatışmazlığı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi problemdir: “Hər il donor çatışmazlığından müəyyən sayda xəstələr vəfat edir. Buna görə də son illər ürək çatışmazlığı probleminin qarşısını almaq üçün xəstələrə xüsusi cihazların taxılmasına ehtiyac duyulur. “Süni ürək köçürülməsi” artıq Mərkəzi Klinik Xəstəxanada həyata keçirilib. Ümid edirik ki, bu əməliyyat digər xəstəxanalarda da icra olunacaq və bunun vasitəsilə ağır vəziyyətdə olan xəstələrin həyatını qurtarmaq mümkün olacaq”.

 

Bu əməliyyatın müsbət cəhətləri barədə danışan K.Musayevin sözlərinə görə, digər ölkələrlə müqayisədə daha ucuz qiymətə başa gələn əməliyyat ürək xəstəliklərindən əziyyət çəkən insanların xaricə axınının qarşısını alacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR