Bank Of Baku

Kəmaləddin Heydərov: “Bir çox binaların dövlət aktı olmadan istismara verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etmişik”

Kəmaləddin Heydərov: “Bir çox binaların dövlət aktı olmadan istismara verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etmişik”
# 20 yanvar 2013 08:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. 

 

Bu binaların təhvil alınmadığını qeyd edən nazir binalar təhvil alınmadığına görə qaz və əhali üçün digər zəruri təchizatların verilməsinin də düzgün olmadığını vurğulayıb.

 

Nazir Bakı və digər böyük şəhərlərdə bir çox binaların dövlət aktı olmadan istismara verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini də bildirib: “Bu məsələdə günahkar axtarmaq lazım deyil. Bilirsiniz ki, əvvəllər binaları tikənlər evləri satır, əhali də alırdı. O vaxtlar da orderlər verilirdi. Əhalinin də günahı yoxdur. Bu məsələdən çıxış yolu olaraq belə binalarla bağlı dövlət aktlarının tərtib olunması planlaşdırılır. Təhvil alma məsələsi ilə təkcə Fövqəladə Hallar Nazirliyi məşğul olmur. Qaz, su, kanalizasiya - bunların hamısı bir yerdə dövlət aktları qəbul olunandan sonra binalara veriləcək. Mən əhalinin də narazılığını başa düşürəm. Amma hər şeydə, o cümlədən bu məsələlərdə də qayda-qanun olmalıdır”.

  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR