Bank Of Baku

Kəmaləddin Heydərov: “May ayına qədər 1500-dək ev təhvil veriləcək”

Kəmaləddin Heydərov: “May ayına qədər 1500-dək ev təhvil veriləcək”
# 20 yanvar 2013 07:40 (UTC +04:00)

37 məktəbdən 22-si mənim iştirakımla açılıb. Bundan başqa, bizim nümayəndələrin və yerli icra orqanı təmsilçilərinin iştirakı ilə də məktəblərin təhvil verilməsi mərasimləri keçirilir”.

 

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 

Evlərin tikintisinin də davam etdirildiyini bildirən nazir Gürcüstanda baş verən zəlzələ nəticəsində Balakən ərazisinə daha çox ziyan dəydiyini qeyd edib: “İlk zəlzələ nəticəsində Zaqatala və Qaxa daha çox ziyan dəymişdisə, Gürcüstanda baş verən zəlzələ Balakənə daha çox ziyan vurub. Balakən ərazisində komissiya işini başa çatdırıb. Yeni tikiləcək təxminən 1500-dək ev qış olduğuna görə may ayına qədər təhvil veriləcək”.

 

K. Heydərov onu da bildirib ki, zəlzələ bölgəsində yeni tikilən məktəb və evlərin açarlarını təhvil verməklə iş bitmir: “Biz zəlzələdən zərər çəkmiş sakinlərlə görüşürük, yerli icra hakimiyyəti ilə birgə onların qış aylarında hansı problemlərinin olması ilə maraqlanırıq. Onların problemləri ilə məşğul olmaq bizim borcumuzdu”.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR