Bank Of Baku

Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
# 18 yanvar 2013 15:52 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, K. Heydərov FHN və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, həmçinin, nazirliklə BMT-nin müvafiq qurumları arasındakı ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.

 

Öz növbəsində, qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

 

Görüş zamanı FHN-lə BMT İP arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsinin icrasının gedişatı ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR