Bank Of Baku

Komitə sədrinin müavini: “Azərbaycanda yeni doğulan uşağa görə verilən birdəfəlik müavinətin artırılması gündəmdə deyil”

Komitə sədrinin müavini: “Azərbaycanda yeni doğulan uşağa görə verilən birdəfəlik müavinətin artırılması gündəmdə deyil”
# 21 yanvar 2013 14:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin və işləyən analara verilən aylıq uşaqpulunun artırılması gündəmdə deyil”. Bunu APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

 

Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq, Azərbaycanda demoqrafik proseslərdə azalma qeydə alınmır: “Azərbaycanda dövlət tərəfindən uşaq doğulmasına heç bir əlavə stimullaşdırıcı tədbir həyata keçirilməsə də, il ərzində təxminən 170-180 min uşaq dünyaya gəlir. İl ərzində təxminən 75 min nəfər dünyasını dəyişir və beləliklə, il ərzində ölkə əhalisi 100-105 min nəfər, hər 10 il ərzində isə 1 milyon nəfər artır. Ona görə də əhali artımını müxtəlif vasitələrlə, maddi həvəsləndirmə ilə stimullaşdırmağa zərurət yoxdur. Onsuz da demoqrafik proseslər müsbət istiqamətdə gedir”.

 

M.Quliyev bildirib ki, sosial müdafiədə ünvanlılıq prinsipi daha çox əsas götürülməlidir: “Uşağın və ailə üzvlərinin sayından asılı olmayaraq, kiminsə sosial müdafiəyə ehtiyacı varsa, dövlət bunu yerinə yetirir. Sosial vəziyyəti aşağı olan ailələrə ünvanlı sosial yardımlar verilir. Rusiyada dünyaya uşaq gətirən qadınların ən azı 50 faizi uşağı tək dünyaya gətirir və onu tək böyüdür. Azərbaycanda isə tək dünyaya uşaq gətirən qadınlar heç 0,1 faiz də deyil. Ona görə də Azərbaycanda sosial müdafiə prinsipləri də fərqlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR