Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 13 noyabr 2012 14:16 (UTC +04:00)

 

 

Bakı. Könül Kamilqızı – APA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 6 m3/san artaraq 138 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.
 

Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni ötüb. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.90-6.33 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR