Bank Of Baku

Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti açıqlanıb

Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti açıqlanıb
# 22 yanvar 2013 08:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvar ayının II ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının I ongünlüyünə nisbətən 13 m3/san azalaraq 136 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
 

Yanvar ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevəndə fenollar 3, mis birləşmələri 2, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR