Bank Of Baku

Milli Məclisdə “Sosial ipoteka haqqında” qanunun qəbulunun tezləşdirilməsi tələb olunub

Milli Məclisdə “Sosial ipoteka haqqında” qanunun qəbulunun tezləşdirilməsi tələb olunub
# 01 fevral 2013 09:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Sosial ipoteka haqqında” qanunun qəbulunun tezləşdirilməsi tələb olunub.

 

APA-nın məlumatına görə, bu barədə çıxış edən deputat Fuad Muradov bildirib ki, artıq bununla bağlı kifayət qədər müzakirələr aparılıb və qəbulu üçün vaxt itirmək olmaz: “Qanunun qəbulunu tezləşdirmək lazımdır, cəmiyyətdə buna ehtiyac var”.

 

F.Muradov Azərbaycanda gənclər siyasəti sahəsində xeyli iş görüldüyünü qeyd edərək, bu qanunun da gənclər siyasətinə töhfə verəcəyini vurğulayıb.

 

Qeyd edək ki, qanun layihəsi əvvəldən nəzərdə tutulsa da, bu il Milli Məclisin iş planına salınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR