Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə adambaşına düşən maliyyələşmənin artırılması universitetlərin rəhbərləri, onları idarə edən şuralardan asılıdır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər bir universitet məcbur olacaq ki, yeni maliyyələşmə sistemi ilə bağlı özünün strategiyasını hazırlasın: “İndi artıq universitetin bütün yükü hökumətin üzərinə düşməyəcək. Kim dövlət hesabına təhsil alırsa, onların təhsil xərcini dövlət, ödənişli yolla təhsil alanların xərcini isə özləri çəkəcək. Universitetlər yalnız ilkin mənbədən daxil olan maliyyə vəsaiti hesabına idarə olunacaqlar. Dövlət sifarişi hesabına adambaşına düşən maliyyə vəsaiti hər il artırılır və gələcəkdə hökumətin imkanları olduqca, vəsait artırıla bilər”.