Bank Of Baku

Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində Təlim Mərkəzi fəaliyyətə başlayıb

Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində Təlim Mərkəzi fəaliyyətə başlayıb
# 12 yanvar 2013 07:45 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Müəllif Hüquqları Agentliyinin (MHA) nəzdindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində Təlim Mərkəzi fəaliyyətə başlayıb. MHA-dan APA-ya verilən məlumata görə, Təlim Mərkəzi əsasən əqli mülkiyyət sahəsində kadrların hazırlanması ilə məşğul olacaq.

 

Eyni zamanda bu sahə ilə maraqlanan gənc hüquqşünaslar, elmi tədqiqat işləri aparan mütəxəssislər, ali məktəb tələbələri, hakimlər və vəkillərə də əqli mülkiyyət sahəsində ixtisaslarını artırmağa imkan yaranacaq.

 

Təlim Mərkəzində Tvinninq layihəsi çərçivəsində ilk dəfə olaraq beynəlxalq ekspertlərin iştirakı ilə görüş keçirilib. Gələcəkdə isə Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi regional mərkəzə çevriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR