APA-nın məlumatına görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin cümə günü 2012-ci ilin yekunlarına həsr olunan iclasında Coğrafiya İnstitutunun hidrogeologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Rəna Qaşqay deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövcud su ehtiyatları yetərlidir: “Bu gün Azərbaycanın 10,3 kub/kilometr həcmində yerli, 20.6 kub/kilometr isə tranzit çaylar hesabına formalaşan su ehtiyatı var. Ümumilikdə Azərbaycanın 39,9 kub kilometr həcmində su ehtiyatı var”.
R. Qaşqay deyib ki, Azərbaycanda mütəxəssislərin iştirakı ilə daha geniş şəkildə tədqiqat işləri aparılmalı, sellərə qarşı mübarizə tədbirləri yenidən müəyyənləşdirilməlidir: “Sellərə qarşı aktiv mübarizə tədbirləri müəyyən olunmalıdır. Bu tədbirlərdən biri kimi çayların ətrafında meşələr salmaq olar”.