Bank Of Baku

Nazir: “Azərbaycanda ekoloji problemlər heç bir zaman azalmır”

Nazir: “Azərbaycanda ekoloji problemlər heç bir zaman azalmır”
# 15 noyabr 2012 08:33 (UTC +04:00)

 

 APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O bildirib ki, bunlardan biri çirklənmiş torpaqların təmizlənməsidir. Onun sözlərinə görə, Azərbaycan 150 il müddətində ən bəsit texnologiyalar əsasında 1,5 milyard ton neft istehsal edib. Bu isə trilyon dollarlarla vəsait deməkdir. Amma Azərbaycan bunu görməyib. Bu problemlər mövcuddur və böyük vəsaitlər tələb edir".

 

Nazirin sözlərinə görə, ikinci problem yarımköçəri maldarlığın ekologiyaya təsiri məsələsidir. O vurğulayıb ki, Azərbaycanda SSRİ-dən qalma normalara əsasən, 1 hektar əraziyə 1-2 mal qara düşməlidirsə, bugünkü reallıqda bu rəqəmlər 30-35-ə çatıb: “Bunun qarşısını almaq çox çətindir. Çünki ölkədə heyvanların baş sayı artmaqdadır. Hər bir ölkədə maldarlığın inkişafı ərazinin genişliyi ilə bağlıdır. Amma Azərbaycanda bu ərazilər çox deyil, torpaqlarımızın bir hissəsi işğal olunub. Bu iki problem Azərbaycan üçün mühüm məsələdir və böyük vəsaitlər tələb edir”.
 

H. Bağırov qeyd edib ki, Azərbaycanın digər problemləri də mövcuddur. Onun sözlərinə görə,  onların həlli istiqamətində mühüm işlər görülüb və müəyyən nailiyyətlər əldə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR