Bakı. Şəhriyar Əlizadə - APA. “Fövqəladə Hallar Nazirliyi tərəfindən Neftçala və Salyan rayonlarında Kürün deltasında sahil bərkimə işləri aparılıb. Artıq həmin yerlərdə subasma təhlükəsi gözlənilmir”. APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Həmin ərazilərdə sahil bərkitmə işlərinin artıq tamamlandığını qeyd edən nazir ümumilikdə Kürün deltasında bu işlərinin bir neçə il davam etdiriləcəyini bildirib: “Həmin işlər başa çatandan sonra qrunt suları vətəndaşların evlərindən, həyətyanı sahələrindən çəkiləcək”.