Bank Of Baku

Oftalmoloq alim Zəhra Quliyevanın 90 illik yubileyi ilə bağlı konfrans keçirilib

Oftalmoloq alim Zəhra Quliyevanın 90 illik yubileyi ilə bağlı konfrans keçirilib
# 18 yanvar 2013 09:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Tibb Universitetində (ATU) əməkdar elm xadimi, tibb elmləri doktoru, oftalmoloq alim Zəhra Quliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən ATU-nun rektoru Əhliman Əmiraslanov Zəhra Quliyevanın keçdiyi həyat yolu barədə ətraflı məlumat verib. O bildirib ki, 1923-cü ildə Bakı şəhərində anadan olan Zəhra Quliyeva 1944-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. Rektorun sözlərinə görə, görkəmli alim həmin ildən institutun göz xəstəlikləri kafedrasında ordinator, assistent, dosent, professor və kafedra müdiri işləyib: “Zəhra Quliyeva institutda dekanın əvəzedicisi, tədris işləri üzrə prorektor, 1972-1983-cü illərdə rektor, 1975-ci ildən Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışıb. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, Azərbaycan qadın hərəkatının liderlərindən biri olan Zəhra Quliyeva uzun illər ATU-nun rektoru, habelə indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin varisi olduğu Qadın Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri olub. Onun sözlərinə görə, Zəhra Quliyeva keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatları, orden-medalları ilə təltif olunub.

 

Milli Məclis sədrinin müavini Bahar Muradova isə bildirib ki, Zərifə Quliyeva Azərbaycanın milli-mənəvi dəyərlərini öz həyatında yaşadan və gələcək nəsillərə ötürən bir şəxsiyyət idi: “Azərbaycan qadını deyəndə ilk növbədə göz önünə Natəvan gəlirsə, ondan sonra Zəhra Quliyeva gəlir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR