Bank Of Baku

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbərini əvəz edən Serhan Aktoprakı qəbul edib

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbərini əvəz edən Serhan Aktoprakı qəbul edib
# 26 yanvar 2013 11:42 (UTC +04:00)

 

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbər əvəzi Serhan Aktoprakı qəbul edib. Ombudsman Aparatın APA-ya verilən məlumata görə, görüşdə BMqT-nin Miqrasiya və Ətraf Mühit üzrə layihə koordinatoru xanım Miyon Park da iştirak edib.

 

Ombudsman nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsi, habelə Beynəlxalq Miqrasiya Təşkilatı və digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurulduğunu vurğulayıb.

 

E.Süleymanova son illər məcburi miqrasiya və sosial-iqtisadi miqrasiyanın genişləndiyini, həm dünyada, həm də ölkəmizdə miqrasiya proseslərinin idarəolunması mexanizminin təkmilləşdirildiyini, ölkəmizdə Miqrasiya Məcəlləsi layihəsinin hazırlandığını vurğulayıb.

 

S.Aktoprak Azərbaycanda miqrantlarla bağlı görülən işləri yüksək dəyərləndirib, onlara münasibətdə tolerantlığın hökm sürdüyünü, heç bir ayrı-seçkiliyə yol verilmədiyini, hüquqlarının təmin olunması vəziyyətinin başqa ölkələrə nümunə olduğunu xüsusi qeyd edib. S.Aktoprak Müvəkkilin miqrantların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini və görülmüş işlər barədə çatdırdığı ətraflı məlumatı yüksək qiymətləndirib, Ombudsmanın əməkdaşlıq təklifini, tövsiyələrini və ideyalarını təqdir edərək dəstək veriləcəyini söyləyib.

         

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR