Bakı. Könül Kamilqızı – APA. Ombudsman Elmira Süleymanova şəkərli diabet xəstələri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. APA-nın xəbərinə görə, Ombudsman Aparatında “Diabetli şəxslərin hüquqlarının təmin edilməsinə dəstək” mövzusunda keçirilən dəyirmi masada E.Süleymanova bildirib ki, şəkərli diabetdən əziyyət çəkən abituriyentlər qəbul imtahanları zamanı ayrıca zallarda yerləşdirilsin və onlara həkim yardımına sərf olunan vaxt nəzərə alınsın. Qeyd olunub ki, belə abituriyentlər əvvəlcədən lazımı tibbi sənədlərini təqdim etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edərək, qeydiyyata alındıqları təqdirdə onlara zəruri şəraitin yaradılması təmin edilsin.